5 Şubat 2017 Pazar

Sessiz Umman: Umman Aslan

Sessiz Umman
Azərbaycan diyarından sizə
              salam gətirmişəm

Bütün Türk bloggerlərinə qardaş Azərbaycandan qucaq dolusu salamlar. Belə bir yazı ilə bloqumu tanıtmama vəsilə olan Blogger səmtinə dərin minnətdarlığımı bildirirəm.

Bir çoxunuzun düşününcəsində bu sual yarana bilər: Bu qədər çox bloqlar arasında Səssiz ummanı oxumaq üçün bir səbəb varmı?

Doğurdan da bir səbəb varmı onu mən deyə bilmərəm. Mən sadəcə bloqumda tapa biləcəyiniz mövzular haqqında məlumat vermək istəyirəm. Sonda bu bloqu oxuyub-oxumamağa siz qərar verəcəksiniz.

Sessiz Umman

Səssiz umman min illərin süzgəcindən süzülə-süzülə ayrı-ayrı qollara parçalanan türkcənin fərqli bir şivəsində - azəri türkcəsində yazılır. Biz azərilər Türkiyə türkcəsini çox gözəl bildiyimiz üçün azəri türkcəsi də türk qardaşlarımızın onu daha yaxşı öyrənmələrini hak edir məncə. Nədə olsa biz bir millət iki dövlətik. Yazılarımla bu məqsədə azacıq da olsa xidmət etmiş olmaq ən böyük arzularımdan biridir.

Səssiz umman ara-sıra  qəlbində yaranan fırtınaların kiçik rüzgarlarını əsdirən, xəyal dünyasının gizli qapılarını döyən, yaradılışın, qulluğun sirrini anlamağa çalışan yazılarla çıxacaq bəzən də qarşınıza...

Bir qadın olaraq zərif çiyinlərimizdəki həyat yükünü asanlaşdırmağa, sevdiklərimizə qarşı münasibətlərimizə nəzər salmağa xidmət edən və mətbəxində bişirib bəyəndiyi bir-birindən ləzzətli təamları paylaşan bir bloq olaraq görəcəksiniz onu bəzən də...

Müxtəlif əsərləri mütaliə edib öz ədəbi düşüncələrinə və həyata baxışına görə təhlil etməyə çalışan, hərdən Azərbaycan yazıçı və şairlərinin sənət əsərlərindən kiçik nümunələr təqdim edərək səhifələrini rəngləndirən bir bloqdur eyni zamanda Sessiz umman...

Bu sadalanan mövzulara marağınız varsa Sessiz ummanı sevəcəksiniz deməkdir...

Elə isə niyə dayanmısınız?

Haydi bloqu ziyarətə:)

buummansessiz.blogspot.com.tr

9 yorum En alta in

Güzel bir tanıtım yazisi olmuş gerçekten diliniz dilimize uydugu icin şahsen benim ilgimi cekior yazıların 😃 ama takibinizdeyim zaten ondan tekrar ekleyemicem 😃 benim blogumada gelirsen sevinirim 😃

Takip ediyorum zaten ben sizi :))

Severek takip ediyorum.Çok güzel bir tanıtım yazısı olmuş =D

Çox təşəkkür edirəm. Mən də hər üçünüzü sevərək takip edirəm zatən:) Sevgilər.

G+ Takibe aldım , çok güzel bir tanıtım yazısı olmuş....

Zaten takipteyim :) Sevgiler..

Ben de takip ediyorum artık :D

Hamınıza çox təşəkkür edirəm. Sağ olun, var olun...

Bu Yayında Link Bırakmak Kesinlikle Yasaktır.